Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəlib.

Heftelik.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün baş hakimi israilli Roy Reinsreyber olub.

Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib. Qonaqlar 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə tarazlığı bərpa ediblər – 1:1.

85-ci dəqiqədə Juninyo “köhlən atlar”ı yenidən hesabda önə keçirib.