Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan, yaxud konfidensial informasiyanın işlənilməsinin həyata keçirildiyi informasiya sistemlərində və ehtiyatlarında, həmçinin belə sistemlərin və ehtiyatların informasiyanı mühafizə vasitələrində istifadə olunan texnoloji avadanlıqlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun olaraq sertifikatlaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.