Dövlət informasiya sistemlərinin və ehtiyatları ilə bağlı fövqəladə hallar zamanı fəaliyyət planı nələrin təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Fövqəladə hallar zamanı fəaliyyət planı üzrə aşağıdakılar təmin edilməlidir:
– fövqəladə hallar üzrə məsul şəxsin müəyyənləşdirilməsi;
– fövqəladə hallar barədə məlumatlandırmanın həyata keçirilməsi;
– kritik emal prosesləri üzrə prioritetlərin müəyyənləşdirilməsi;
– fövqəladə hallar üzrə icra qrupunun müəyyənləşdirilməsi (vəzifə bölgüsünün aparılması, əlaqə vasitələrinin müəyyən edilməsi və s.);
– ehtiyat sistemlərin işə salınması;
– bərpa planının işə salınması;
– fövqəladə hallar zamanı fəaliyyət planının dəyişən şəraitə uyğun mütəmadi yenilənməsi.