İstifadəçinin Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yaradılan şəxsi kabineti, elektron poçtu və ya telefonu (mobil və stasionar) vasitəsilə nələr barədə məlumatlandırılmasının təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
İstifadəçinin EHİS-də yaradılan şəxsi kabineti, elektron poçtu və ya telefonu (mobil və stasionar) vasitəsilə aşağıdakılar barədə məlumatlandırılması təmin edilməlidir:
– elektron xidmətin icra müddəti;
– ektron xidmətin göstərilməsinin gedişatı;
– elektron xidmətin nəticəsi.