Ekvadorda “Ekvadoru quraq” hərəkatının prezidentliyə namizədi Fernando Vilayvisencso öldürülüb.
Heftelik.az-ın “İnterfaks”-a istinadən verdiyi məlumata görə, Fernando Vilayvisencso mitinqdə çıxışdan sonra avtomobilinə minmək istəyərkən hücum edən şəxs onun başına 3 dəfə atəş açıb.
hadisə zamanı iki polis və bir nəfər Milli Assambleya üzvlüyünə namizəd də daxil olmaqla, daha 9 nəfər yaralanıb.
Fernando Vilayvisencso xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Siyasətçinin qətlində şübhəli bilinən şəxs isə polislə atışma zamanı öldürülüb.
Qeyd edək ki, bundan əvvəl Fernando Vilyavisensio hazırda Ekvadorda açıq şəkildə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplardan, o cümlədən Meksikanın Sinaloa kartelinin liderlərindən dəfələrlə ölüm təhdidləri aldığını bildirib.
2017-ci ildə Milli Assambleyaya seçkilərdə qalib gələn Fernando Vilyavisensio Prezident Gilermo Lasso ölkənin qanunverici orqanını buraxana qədər orada çalışıb. Daim mafiya və korrupsiya əleyhinə çıxışları ilə gündəmə gələn Fernando Vilyavisensio mütəşəkkil cinayətkarlıqla dövlət məmurları arasında əlaqə haqqında da açıq danışıb.
Ekvadorda prezident seçkisi avqustun 20-də keçiriləcək.