Qurum tərəfindən dövlət informasiya ehtiyatının və sisteminin inkişaf strategiyası hazırlanmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin istifadəçiləri, habelə aşağıda qeyd edilən texnoloji avadanlıqları və proqram təminatları üzrə təhlükəsizlik qaydaları hazırlanmalıdır:
– tətbiqi proqram təminatı;
– məlumat bazaları;
– şəbəkə;
– antivirus proqramı;
– avadanlıq;
– əməliyyat sistemi.