saytƏməliyyat sistemlərinin, veb brauzerlərin və rəqəmsal mühitin müxtəlifliyi xidmətdən istifadəyə əngəl yaratmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.

Elektron xidmətin dövlət informasiya sistemi minimum imkanları təmin etməlidir. Belə ki, daxil edilən məlumatların düzgünlüyü interaktiv şəkildə yoxlanılmalı və bununla əlaqədar olaraq zəruri bildirişlər göndərilməlidir.