Türkiyədə güclü zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə edilməsi Agentliyi məlumat yayıb.
Yerli vaxtla saat 20.48-də Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Adıyaman, Şanlıurfa, Elazığ, Kahramanmaraş və Gaziantepdə hiss olunub.