Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.
Heftelik.az-ın məlumatına görə, hadisə Lənkəran şəhəri, Heydər Əliyev prospekti, bina 17/3 ünvanında baş verib.
2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.