Proqram təminatının istismarı müddətində texniki dəstək səviyyələri və onların göstərilmə prosesi müəyyən edilməli, planlaşdırılmalı və sənədləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Bu texniki dəstək proqram təminatının tamlığını və bu tamlığa nəzarəti, o cümlədən bununla bağlı konfiqurasiyaların və versiyaların idarə olunmasını təmin etməlidir.