Dövlət informasiya ehtiyatının və sisteminin fasiləsiz fəaliyyəti üçün nələrin təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin fasiləsiz fəaliyyəti üçün aşağıdakılar təmin edilməlidir:
– dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyəti üçün ayrılmış əsas və ehtiyat mərkəzlər olmalıdır;
– əsas və ehtiyat mərkəzdə dövlət informasiya ehtiyatının və sisteminin paralel işlək versiyası olmalıdır.