Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə Cinayət-Presessual Məcəlləsindən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Presessual Məcəlləsində əksini tapıb.
Cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz. Digər qanunlardakı prosessual hüquq normaları Cinayət-Presessual Məcəlləsinin müddəalarına uyğunlaşdırılmalıdır.