Elektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi üçün xidmət təminatçısı barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən şəxsə onun haqqında məlumatları ödənişsiz olaraq təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Fərdi məlumatların müvafiq dövlət informasiya ehtiyatında və sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya şəxsin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda və digər sahəvi normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada məhv edilməli və ya arxivləşdirilməlidir.