Elektron xidmətin dövlət informasiya sistemi nasazlıqların qısa zamanda aradan qaldırılması, elektron xidmətin həyata keçirilməsi ilə bağlı edilən dəyişikliklərin tətbiq edilməsi, yeni informasiya sistemləri ilə inteqrasiya, digər dəyişiklik və əlavələrin tətbiq olunması üçün mütəmadi texniki dəstək göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Eyni zamanda elektron xidmətin dövlət informasiya sistemi proqram təminatı test edildikdən sonra ortaya çıxan xətalar həll edilərək istifadəyə verilməlidir.