Texniki təminat, linqvistik təminat, təşkilati təminat, metodoloji təminat, dövlət informasiya ehtiyatının və sisteminin funksiyaları üzrə prioritet istiqamətlər və yaradılacaq modulların siyahısı dövlət informasiya sistemlərinin və ehtiyatları ilə bağlı hazırlanan layihədə əksini tapmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Eyni zamanda layihədə detallı iş cədvəli yer almalıdır. Detallı iş cədvəlində aşağıdakılar olmalıdır:
– tədbirlər planı (görüləcək işlərin ardıcıllığı və müddəti göstərilməklə);
– texniki resursların siyahısı;
– məsul işçi heyətinin siyahısı.