raCavid Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi təyin edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə III dərəcəli dövlət ədliyyə müşaviriElçin Qasımov Məhkəmə Ekspertizası Mərkəzinin rəisi təyin olunub.
Qeyd edək ki, Cavid Hüseynov 2000-ci ildə ədliyyə orqanlarında işə başlayıb, sonradan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri olub. 2-ci dərəcə dövlət müşaviri, Məhkəmə-Hüquq Şurasının və nazirliyin Kollegiyasının üzvüdür.
Elçin Qasımov isə nazirliyin aparatında müxtəlif məsul vəzifələrdə işləyib, sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb