Türkiyə Dövlət Teatrları Baş Direktorluğuna təyinat olub.

Heftelik.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, aktyor Tamer Karadağlı bu vəzifəyə təyin edilib.

Qeyd edək ki,  Tamer Karadağlı 24 may 1967-ci ildə anadan olub. Ailəsi Azərbaycan əsilli, Qarsın Sarıkamış rayonundandır. Ailəsi ABŞ-a köçdüyündən İbtidai sinfə ABŞ-da gedib, sonradan Türkiyəyə dönüb, lisey təhsilini TED Ankara Kollecində alıb. Sonradan Bilkent Universiteti Səhnə və gözəl sənətlər fakültəsinin Teatr bölümündən məzun olub.

TRT telekanalında “Ferhunde Hanımlar” teleserialında Dr. Selçuk rolu, daha sonra isə “Cocuqlar duymasın” teleserialında “Taş Fırın” Haluk rolu ilə məşhurlaşıb.