II ixtisas qrupu üzrə plan yerlərinin sayı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.
II qrupda Azərbaycan bölməsi üzrə 299 ixtisas və 10 190 yer təqdim olunur: “Rus bölməsi üzrə isə 20 ixtisas və 555 yer plan yeri təsdiqlənib. Həmçinin II qrupda 84 ixtisas var ki, orada müsabiqə birgə aparılır. Bu ixtisaslara verilən plan yerləri 2540-dır. Ötən illə müqayisədə plan yerləri artıb və bu səbəbdən müsabiqə vəziyyəti aşağı düşə bilər”.
Məleykə Abbaszadə qeyd edib ki, keçən il ən yüksək nəticə göstərən abituriyentlər UNEC-in “maliyyə” ixtisasını seçirdilər: “Bu il bizdə abituriyentlərin sayı da artıb. II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var”.