Proqram təminatına dair tələbat onun əldə edilməsindən əvvəl müəyyən olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Bu məqsədlə aşağıdakı tədbirlər görülməlidir:
– proqram təminatının tətbiq sahəsinə aid edilən proseslər dəqiqləşdirilməlidir;
– tələbat aşağıdakı məlumatları ehtiva etmək şərtilə, sənədləşdirilməli və həmin sənədlərə proqram təminatının validasiyası (proqram təminatının qurumun tələbatına uyğunluğunun müəyyənləşdirilməsi) zamanı istinad olunmalıdır:
– proqram təminatından gözləntilər (nəzərdə tutulan funksional imkanlar və səmərə);
– proqram təminatı üçün nəzərdə tutulan tətbiq sahəsi və mühit, habelə proqram təminatından istifadə edəcək subyektlər;
– proqram təminatına dair tələblər;
– proqram təminatı ilə əlaqədar risklər və kritik məqamlar.