Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yeni saytı istifadəyə verilib. (https://www.seismology.az)

Yeni dizaynda istifadəyə verilən saytda Azərbaycan ərazisindəki seysmik stansiyaların elektron xəritəsi qurulub.

Qeyd edək ki, son baş verən zəlzələlərlə yanaşı elektron xəritə üzərində seçilmiş müddətlərə görə (24 saat, 1 həftə, 1 ay, 1 il) Azərbaycan ərazisi və həmsərhəd ölkələrdə baş verən zəlzələlərə dair episentrlər xəritəsi ilə tanış olmaq mümkündür. Həmçinin saytın zəlzələ bölməsində müxtəlif tarixlər və maqnitudalara görə baş vermiş zəlzələlərə dair axtarış apararaq məlumatlar əldə etmək mümkündür.

Saytın digər panellərində də yeniliklər var.

Qeyd edək ki, sayt üç versiyada (Azərbaycan, rus və ingilis) dillərində təqdim olunub.

Həmçinin saytın veb, tablet və mobil versiyaları da mövcuddur.