Taksi minik avtomobilləri sürücülərinin xüsusi hazırlıq keçmələri barədə məlumatlara dair prosedur müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na əlavə edilən 15-ci hissədə əksini tapıb.
Taksi minik avtomobilləri sürücülərinin xüsusi hazırlıq keçmələri barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir (ötürülür).