Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.
Heftelik.az-ın xəbərinə görə, İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçinin yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilir.
Roberto Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionatının qalibi olub.
58 yaşlı mütəxəsis “Fiorentina”, “Latsio”, “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Sankt-Peterburqun “Zenit” klublarının baş məşqçisi olub.
Mançini futbolçu kimi İtaliyanın “Bolonya”, “Sampdoriya”, “Latsio” və İngiltərənin “Lester” klublarında çıxış edib.
İtaliya millisinin tərkibində 1990-cı il dünya çempionatının və 1988-ci il Avropa çempionatının bürünc mükafatçısı olub.