Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qazax sakinləri 1985-ci il Günay Kərimova və onun övladları 2008-ci il təvəllüdlü Nurlan Kərimov, 2003-cü il təvəllüdlü Akşin Kərimovun meyitləri tapılıb.