Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.
Heftelik.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.
Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğından Mühafizə Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.