Elektron xidmətin dövlət informasiya sistemi tərəfindən istifadəçiyə xidmətdən istifadə zamanı təsdiqləmə, imtina etmə və digər əməliyyatları icra etdikdə nəticə, o cümlədən baş vermiş xətalar barədə müvafiq bildiriş göndərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Baş vermiş xətalar barədə məlumat istifadəçiyə oxunaqlı və anlaşılan şəkildə təqdim edilməli, sistem məlumatlarının görünməsinin qarşısı alınmalıdır.