Bu ilin birinci yarısında ölkədə 30165 ölüm halı qeydə alınıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,5-dən 6,0-a düşüb.