Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması üzrə qurum tərəfindən təhlillər aparılmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması üzrə qurum tərəfindən aşağıdakı istiqamətlərdə təhlillər aparılmalıdır:
– cari daxili (qurumdaxili) və xarici (digər dövlət qurumlarının) dövlət informasiya ehtiyatının və sisteminin təhlili:
– mövcud vəziyyətin öyrənilməsi;
– inteqrasiya oluna bilmə imkanlarının təhlili.