Elektron xidmətin göstərilməsi üçün nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi imkanı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron ödəmə imkanı aşağıdakıları əhatə etməlidir:
– ödənişlərin real vaxt rejimində və onlayn həyata keçirilməsi;
– ödənişlərin xidməti tərk etmədən həyata keçirilməsi;
– ödənişlərin statusu barədə bildirişin (uğursuz və ya uğurlu olması, mədaxil qəbzi və s.) arxivdə mühafizəsi və istifadəçinin EHİS-də yaradılan şəxsi kabinetinə, elektron poçtuna və ya telefonuna (mobil və stasionar) göndərilməsi.