Proqram təminatı ilə bağlı funksionallıq və təhlükəsizlik üzrə texniki şərtlər və texniki tapşırıqlar (həllər toplusu) onun əldə edilməsindən və yaxud hazırlanmasından əvvəl müəyyən olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Eləcə də aşağıdakı məlumatları ehtiva etmək şərtilə, sənədləşdirilməli və həmin sənədlərə proqram təminatının eskiz və texniki layihə sənədləri üçün istinad olunmalıdır:

– təyinata dair tələblər;

– konfiqurasiyaya və arxitekturaya dair tələblər;

–  istifadə olunan məlumatların növünə, həmin məlumatların əlçatanlığına, tamlığına və konfidensiallığına dair tələblər;

– funksionallığa dair tələblər;

– potensial imkan və praktiki səmərəlilik səviyyələri üzrə tələblər.