Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasında Qarabağda olan mövcud vəziyyətin müzakirə edilməsini israrla tələb etməsi, digər tərəfdən Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırması, Vətən müharibəsi zamanı darmadağın olmuş hərbi qüvvələrini bərpa etməyə cəhd etməsi bir daha onu göstərir ki, BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Ermənistan hər hansı beynəlxalq təşkilatın Azərbaycana qarşı hər hansı bir sanksiyanın qəbul edilməsi istiqamətində də davamlı işlər aparır.
“Lakin Ermənistan birdəfəlik anlamalıdır ki, Azərbaycan qüdrətli bir ölkədir, heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz, Azərbaycanın dəmir yumruğu öz yerindədir və hər an öz qüdrətini göstərməyə qadirdir. Ermənistan anlamalıdır ki, Azərbaycanın onlara təklif etdiyi beş prinsipdən ibarət olan sülh müqaviləsi onlar üçün ən böyük güzəştdir və onların düşdüyü ağır vəziyyətdən yeganə çıxış yoludur. Bunu onlar nə qədər tez anlasalar onlar üçün o qədər faydalı ola bilər. Azərbaycanın işi haqq işidir və ona görə də heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz”, – deyə deputat əlavə edir.