Təhlükəsizliyin qiymətləndirilməsi testi proqram təminatında və ya texnoloji avadanlıqda təhlükəsizlik tələblərinə uyğunluğu yoxlamaq, o cümlədən təhdidləri, zəiflikləri (boşluqları) və digər uyğunsuzluqları, habelə riskləri aşkar etmək və hücumlara (OWAS TOP 10) davamlılıq testlərini aparmaq məqsədilə həyata keçirilən fəaliyyətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Bu Texniki tələblərdə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda müəyyən olunmuş mənaları ifadə edir.