Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından Mülki Prosessual Məcəllədə müəyyən edilmiş əsaslar olduqda imtina edir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:
– verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;
– verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;
– ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.