kritikProqram təminatı üçün təhlükəsizliyə və davamlılığa (dayanıqlılığa) dair tələblər və risklər müəyyənləşməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Eyni zamanda qeydiyyat jurnallarında aparılan qeydlərin (loqların) çeşidinə dair tələblər, proqram və kompüter – server – şəbəkə arasındakı interfeyslərə dair tələblər, erqonometriyaya dair tələblər, təhvil-təslim işlərinə dair tələblər, instalyasiya və inteqrasiya (o cümlədən digər proqram təminatı, elektron (rəqəmsal) xidmət, telekommunikasiya şəbəkəsi, informasiya ehtiyatı və sisteminə qoşulma) işlərinə dair tələblər, habelə qeyd edilən işləri icra edən üçüncü tərəflərə dair tələblər, istismara və texniki xidmət (qulluq) işlərinə (o cümlədən yenilənməsi halında proqram təminatının istismar davamlılığının təmin edilməsinə) dair tələblər, istifadəçilərin istifadə səviyyəsinə və iştifadəçi təlimatlarına dair tələblər olmalıdır.