Dövlət informasiya ehtiyatının və sisteminin hansı bölmələr üzrə ehtiyat mərkəzdə saxlanması, mütəmadi yenilənməsi və test edilməsinin təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin aşağıdakı bölmələr üzrə ehtiyat mərkəzdə saxlanması, mütəmadi yenilənməsi və test edilməsi təmin edilməlidir:
– məlumat bazaları;
– proqram təminatları;
– ehtiyat nüsxələr;
– əməliyyat tarixçələri (loqlar).