Proqram təminatı üçün istifadə olunan verilənlərin siyahısına və formatlarına, informasiya resurslarının strukturuna, eləcə də onlar üçün yaddaşın həcminə dair tələblər olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Eyni zamanda proqram təminatından istifadə edənlərin sayına və kateqoriyasına dair tələblər, informasiya proseslərinin, proqram təminatının icra əməliyyatlarının, həmçinin verilənlər axınının həcminə və sürətinə dair tələblər, o cümlədən proqram təminatı ilə sorğuların tərtib olunma, yoxlanılma, göndərilmə, qəbul olunma, icraya verilmə, icra olunma, nəticəni yoxlama və təqdimetmə üzrə sürət hədlərinə dair tələblər və proqram təminatının istismarında iştirak ilə bağlı onun modulları üzrə səlahiyyətlər bölgüsünə dair tələblər olmalıdır.