Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması üzrə qurum tərəfindən məlumat mənbələrinin müəyyən edilməsi və məlumatların əldə olunması imkanı təhlil olunmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Təhlil daxili və xarici mənbələrdə yerləşməsi, elektron olması, qeyri-elektron olması, məlumat toplularının müəyyən edilməsi, məlumatların modelləşdirilməsi, məlumat axınının modelləşdirilməsi və əməliyyatların modelləşdirilməsini də əhatə etməlidir.