Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər əldə edilməsi məhdudlaşdırılmış informasiyanının (bu Texniki tələblərin 1.5-ci bəndinə əsasən dövlət sirri istisna olmaqla) yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı və yayılmasını təmin edən texnoloji avadanlığa və proqram təminatına həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Bu Texniki tələblər mühafizə olunan şəxslər, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən istismarı, habelə dövlət sirri təşkil edən məlumaların işlənilməsi və qorunan obyektlər üzrə istifadəsi nəzərdə tutulan texnoloji avadanlığa və proqram təminatına şamil olunmur.