Dövlət informasiya ehtiyatının və sisteminin idarə olunmasına dair işlərin və vəzifələrin bölgüsü aparılmalıdır. İşçilərin görəcəyi işlər əvvəlcədən yazılı şəkildə təsbit olunmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin daxili və xarici (zəruri hallarda) auditi təşkil olunmalı və nəticəsi barədə hesabat hazırlanmalıdır.