Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Heftelik.az-ın TASS-a istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 100-ü keçib.
Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar matəm elan olunub. Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov fərman imzalayıb.
Fərmana əsasən bu gün Dağıstanda matəm elan edilib.
***
saat 08.27
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.
Heftelik.az-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.