Əkrəm İmamoğlu yenidən İstanbul Böykşəhər Bələdiyyəsinin sədrliyinə namizəd olmaq istədiyini bildirib.

Heftelik.az-ın məlumatına görə, Əkrəm İmamoğlu bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Əkrəm İmamoğlu bələdiyyə seçkilərində müxalifət partiyalarının  namizədi olmaq niyyətindədir: “Partiyaların üzərində ittifaq qurulmasına çalışacam. İstanbulu müdafiə etmək üçün yola çıxıram”.

Qeyd edək ki, Əkrəm İmamoğlu ötən bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının namizədi olub və iki turlu gərgin mübarizədə hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırıma qalib gəlib.

Son prezident seçkilərində məğlubiyyətdən sonra CHP sədri Kamal Kılıçdaroğlunun istefasının zəruri saydığını istiqamətdə mövqe ortaya qoyan Əkrəm İmamoğlu bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib. Ancaq CHP-nin payızda keçiriləcək qurultayında Əkrəm İmamoğlunun partiyanın sədri postu uğrunda mübarizədə qalib gələcəyi inandırıcı sayılmır.

Xatırladaq ki, indiyə qədər Kamal Kılıçdaroğlunun Əkrəm İmamoğlunun məhz İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə yenidən namizəd olmasını vacib saydığını bəyan edib. Ancaq hələ ki, CHP  rəsmən Əkrəm İmamoğlunun namizədliyi barədə qərar verməyib.