Proqram təminatında bütün zəruri əməliyyatların qeydiyyatları (loqlanması) aparılmalı və həmin qeydiyyatların (loqların) təhlükəsizliyini (tamlığını, əlçatanlığını və konfidensiallığını) təminetmə mexanizmi, qeydiyyat (loqlanma) prosesi və qeydlərin (loqların) saxlanılma müddəti onun əldə edilməsindən əvvəl müəyyən edilməli və sənədləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.