Elektron xidmətin dövlət informasiya sistemi tərəfindən elektron xidmətin təşkili zamanı şaquli (qurum daxili) və üfüqi (qurumlararası) inteqrasiya təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.

Xidmət təminatçısı sahibi olduğu məlumatı istifadəçidən təkrar tələb etmədən, identik kod vasitəsilə öz daxili mənbələrindən və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə digər dövlət qurumlarının dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə etməlidir.