Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası zamanı məlumat mübadiləsinin hansı vasitələrdən istifadə edilməklə həyata keçirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası zamanı məlumat mübadiləsi aşağıdakı vasitələrdən istifadə edilməklə həyata keçirilməlidir:
– paylaşılmış məlumat bazası və ya cədvəl vasitəsilə (“batch processing” metodu – toplu məlumatların ötürülməsi ilə bağlı);
– veb servis vasitəsilə;
– hazır proqram təminatı vasitəsilə.