saytDövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması üzrə qurum tərəfindən mərhələli formada və əlaqəli formada proqram tətbiqlərinin və modulların modelləşdirilməsi təmin olunmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Eyni zamanda istifadəçi tələblərinin müəyyənləşdirilməsi və təkliflər hazırlanması, təklif olunan həllərin araşdırılması və zəruri hallarda modellərə düzəlişlər edilməsi və risk təhlilinin aparılması və risklərin nəzərə alınması təmin edilməlidir.