Proqram təminatı təhlükəsiz autentifikasiyanı təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Proqram təminatında onun funksional komponentlərindən istifadə etməyə icazə verən rollar arasında səlahiyyətlər bölgüsü aparmağa, onları yeniləməyə və təsdiqləməyə, habelə müvafiq qeydiyyat jurnallarında qeydiyyatın aparılmasına (loqlanmaya) imkan olmalıdır. Proqram təminatında istifadəçilərin onlarla əlaqələndirilə bilən fərqli və unikal istifadəçi adlarından istifadə etmələri, həmçinin onların hərəkətlərinin qeydiyyatı (loqlanması) təmin olunmalıdır.