Proqram təminatının arxitekturası ilə bağlı tələblər onun əldə edilməsindən əvvəl hazırlanmalı və sənədləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Bu arxitektura məlumatların təhlükəsiz formada yaradılması, yığılması, işlənilməsi, saxlanılması, axtarışı və yayılmasına imkan verməlidir.