Qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-1-ci maddəsinə və “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na əsasən müəyyənləşdiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na əlavə edilən 1.3-cü bənddə əksini tapıb.