Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir, sexə birəyə qarşı vurulan dərmandan zəhərləniblər.

TƏBİB-dən bildirilib ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Qeyd olunub ki, onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur.