Elektron xidmətin monitorinqi və keyfiyyətinə nəzarət ilə bağlı xidmət təminatçısı tərəfindən istifadəçilərin təklif və şikayətlərinin kağız və elektron daşıyıcılarda göndərilməsi üçün imkan yaradılmalı, daxil olan müraciətlərin emalı müddətləri və prosedurları müəyyən edilməlidir
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron xidmətdən istifadənin təşviq edilməsi ilə bağlı planlaşdırılmış tədbirlər görülməlidir. Xidmətlərin və onların göstərilməsində istifadə olunan veb-servislərin dayanıqlığının izlənilməsi üçün 24/7 monitorinqlər aparılmalıdır.