Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.
TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, onlara dərhal zəruri tibbi yardım göstərilib.
Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.